Masazırda yanğın baş verib

Masazırda yanğın baş verib
  24 Aprel 2024    Oxunub:621
Masazır qəsəbəsində evdə yanğın meydana gəlib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, qəsəbədə ümumi sahəsi 130 m², ikimərtəbəli, dörd otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yüksək temperaturdan 2-ci mərtəbənin 1 otağında 1 ədəd televizor və 1 ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: hadisə   yanğın   FHN  





Xəbər lenti