Azərbaycan hərbçiləri beynəlxalq təlimdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə iştirak edəcəklər
  03 May 2024    Oxunub:598
“Anatolian Phoenix - 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.

Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyarəsi də iştirak edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti