Günəşdə beş güclü partlayış baş verib

   Günəşdə beş güclü partlayış baş verib
  04 May 2024    Oxunub:406
Alimlər Günəşdə “M” sinifli yüksək dərəcəli güclü partlayışlar qeydə alıblar.
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi mərkəzi məlumat yayıb. Belə ki, mayın 4-də Bakı vaxtı ilə saat 10:19-da 3,663 (N26W09) Günəş ləkələri qrupunda rentgen diapazonunda 28 dəqiqə davam edən M9.1 partlayış baş verib.

Hadisə HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub. Bundan əlavə, Günəşdə M1.2, M1.1, M2.4, həmçinin M1.6 partlayışları qeydə alınıb.

Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.

Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti