Beyləqanda 4 narkotacir ələ keçdi

Beyləqanda 4 narkotacir ələ keçdi
  04 May 2024    Oxunub:598
Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, tədbirlər zamanı Zaur Musayev, Ağamoğlan Kərimov, İlkin Fərəcov və Rahil İsmayılov saxlanılıblar.

Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı Beyləqan RPŞ-də cinayət iṣləri başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri özlərində olan 8 ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti