Malayziya Senatının nümayəndə heyəti Füzuli və Şuşada olub - FOTOLAR

Malayziya Senatının nümayəndə heyəti Füzuli və Şuşada olub -    FOTOLAR
  03 May 2024    Oxunub:677
Ölkəmizdə səfərdə olan Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqalın başçılıq etdiyi parlament nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub.
Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, qonaqlar əvvəlcə Füzuli şəhərinə gələrək burada Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidə və Füzuli Şəhər Aeroportu ilə tanış olublar, Füzuli şəhərinin qalıqlarına baxıblar.

Şuşa şəhərinə gələn malayziyalı parlamentarilər burada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Qarabağ” fotosərgisinə tamaşa ediblər

Qonaqlar Şuşada Şəhər Meydanında, Yuxarı Gövhər ağa məscidində, Cıdır düzündə və İsa bulağında olublar, Şuşanın Qala divarlarını seyr ediblər.

Malayziya parlament nümayəndə heyətini Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, qrupun üzvü İqbal Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

AzVision.az

Qalereya




Teqlər: Milli-Məclis   Malayziya   Qarabağ  





Xəbər lenti