Azərbaycan və Qambiya arasında viza ləğv edilib

   Azərbaycan və Qambiya arasında viza ləğv edilib
  04 May 2024    Oxunub:1006
Xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.
XİN-dən AzVision.az -a bildirilib ki, görüş zamanı iki ölkə arasında diplomatik passport sahibləri üçün viza tələbinin aradan qaldırılması barəsə saziş nazirlər tərəfindən imzalanıb.

Həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər: Azərbaycan   Qambiya   XİN   görüş   viza  





Xəbər lenti