Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

   Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib -  FOTOLAR
  24 Aprel 2024    Oxunub:757
Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib.
AzVision.az xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


AzVision.az


Teqlər: Azərbaycan   Qırğızıstan   prezident   Şəhidlər-xiyabanı  





Xəbər lenti