Parisə uçan təyyarə Bakıda qəza enişi edib - FOTO

Parisə uçan təyyarə Bakıda qəza enişi edib -    FOTO
  24 Aprel 2024    Oxunub:707
Heydər Əliyev Beynəlxalq Aeroportunda "Air France" aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan olunub.
Aeroportun mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, Osaka-Paris marşrutu ilə uçan "Boeing 777" göyərtəsində yaranan tüstü səbəbindən Bakı Hava Limanına qəza eniş sorğusu göndərib.

Məlumata görə, həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib. Təyyarədəki 280 sərnişin dərhal təhlükəsiz əraziyə köçürülüb, insident nəticəsində xəsarət alan olmayıb.

Hazırda təyyarəyə baxış keçirilir və hadisənin baş vermə səbəblərini müəyyənləşdirmək üçün zəruri tədbirlər təşkil olunur.

AzVision.az


Teqlər: hadisə   təyyarə   Bakı-Hava-Limanı  





Xəbər lenti