Gələn il ölkəmizdə Kosmik Texnologiyalar Konfransı keçiriləcək

   Gələn il ölkəmizdə Kosmik Texnologiyalar Konfransı keçiriləcək
  24 Aprel 2024    Oxunub:1290
Mərkəzi Asiyanın kosmik simalarının toplaşdığı Kosmik Texnologiyalar Konfransı (STC2024) gələn il Bakıda keçiriləcək.
AzVision.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər erir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin III toplantısında bildirilib.

Toplantıda diqqətə çatdırılıb ki, kosmik sahədəki qlobal tədbirə ev sahibliyi etmək kimi təcrübəyə malik olması gələn il Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin növbəti görüşünün də Bakıda keçirilməsinə imkan verir.

Hazırda üçüncü dəfə keçirilən konfransa Türkiyə Kosmik Agentliyi tərəfindən həyata keçirilir. Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb. Toplantıda Türk Dövlətləri Təşkilatına üzv Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir.

AzVision.az


Teqlər: Kosmik-Texnologiyalar-Konfransı  





Xəbər lenti