Slovakiya prezidentinə sui-qəsd hazırlayan ukraynalı tutuldu

Slovakiya prezidentinə sui-qəsd hazırlayan ukraynalı tutuldu
  24 Aprel 2024    Oxunub:423
Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidməti (əks-kəşfiyyat) Slovakiya prezidenti Peter Pelleqrininin həyatına 24 yaşlı Ukrayna vətəndaşı V.Maruniç tərəfindən həyata keçirilməsi planlaşdırılan sui-qəsdin qarşısını alıb.
Bu barədə CTK xəbər agentliyi məlumat yayıb. Belə ki, əks-kəşfiyyat aprelin 22-də sui-qəsdin qarşısını alıb. Psixi cəhətdən qeyri-sabit və millətçi düşüncəli olaraq xarakterizə edilən hücumçu ölkənin cənub-şərqindəki Brno şəhərində anbardan silah götürərkən saxlanılıb.

V.Maruniç Vinnitsadandır və 2021-ci ildən Çexiyadadır. 2021-ci ildə o, uşaq pornoqrafiyası və fırıldaqçılığı yaydığına görə Ukraynada saxlanılıb. Həmin şəxs ötən ilin dekabrında Çexiya əks-kəşfiyyatının diqqət mərkəzində olub.

AzVision.az


Teqlər:





Xəbər lenti