Kral qvardiyasının atları təlimdən qaçdılar

   Kral qvardiyasının atları təlimdən qaçdılar
  24 Aprel 2024    Oxunub:612
Londonda kral qvardiyasının 5 atı səhər məşqi zamanı üzərindəki şəxsləri kənara ataraq şəhərə qaçıb. Bu barədə The Teleqraph xəbər verir.
Qaçan heyvanlardan birinin turist avtobusuna çırpıldığı və qabaq şüşəni sındırdığı da bildirilib.

Hadisə nəticəsində şəhərin üç müxtəlif məhəlləsində 5 nəfər yaralanıb. Qaçan heyvanlar axtarılır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti