Qazaxın kəndlərinə görə aksiya keçirən erməni politoloqa cinayət işi açılıb

Qazaxın kəndlərinə görə aksiya keçirən erməni politoloqa cinayət işi açılıb
  24 Aprel 2024    Oxunub:624
Xəbər verdiyimiz kimi İrəvanın Qazaxın işğalda qalmış 4 kəndini geri qaytarması erməni cəmiyyətində birmənalı qarşılanmayıb.
Radikallar artıq bir neçə gündür ki, sərhədyanı kəndlərdə aksiyalar keçirir, yolları bağlayırlar. Ötən gün isə Ermənistanın Tavuş vilayətinə etiraz aksiyalarına qoşulmaq üçün gedən politoloq Suren Petrosyan iğtişaşçılarla bərabər saxlanılıb. Onunla yanaşı 10-dan çox radikal polis bölmələrinə aparılsa da, yalnız Surenə cinayət işi açılıb.

"Mamul" nəşri yazır ki, artıq Suren İrəvana köçürülüb.

Sputnik Armeniya isə yazır ki, bu gün Ombudsman Aparatının nümayəndələrinin Tavuş vilayətində keçirilən aksiya zamanı saxlanılmış politoloq Suren Petrosyanla görüşdüyünü yazıb. Ombudsman Anait Manasyan jurnalistlərə deyib ki, “Tavuşda saxlanılanlar azad ediliblər. Suren Petrosyan isə ona görə sərbəst buraxılmayıb ki, o müəyyən cinayət işi çərçivəsində saxlanılıb”.
AzVision.az



Teqlər: Politoloq  





Xəbər lenti