Anna Akopyanı “Nikol, satqın” şüarları ilə qarşıladılar - VİDEO

Anna Akopyanı “Nikol, satqın” şüarları ilə qarşıladılar    - VİDEO
  24 Aprel 2024    Oxunub:577
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın gündəminə gəlib.
Yerli "24news" kanalı ermənilərin baş nazirin həyat yoldaşı Anna Akopyanı təhqir etməsi barədə məlumat yayıb.

Qeyd edilir ki, Akopyan qızı ilə birlikdə Çiçernakaberdi (Uydurma “soyqırımı” abidəsinin olduğu məkan-red.) ziyarət edərkən arzuolunmaz halla rastlaşıb. Əbədi məşəl önündə Anna Akopyanı görən siyasi fəallar “Nikol, erməni deyil türkdür”, “Nikol, soyqırım”, “Nikol, satqın”, “Nikolsuz Ermənistan”, “Türksüz Ermənistan” şüarları səsləndirərək qışqır-bağır salıblar.

AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti