Bərdədə 23 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Bərdədə 23 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
  24 Aprel 2024    Oxunub:755
Bərdə rayonunda evlənmək məqsədilə qaçırılmış qız tapılıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan AzVision.az -a bildirilib ki, keçirilmiş tədbirlərlə qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılıb. O, ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən evlənmək məqsədilə qaçırılması iddia edilib.

****
Bərdə rayonunda 23 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi açılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

AzVision.az


Teqlər:





Xəbər lenti