Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb
  13 Aprel 2024    Oxunub:599
Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən 9 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 4 qumbara, 1 fişəng tapançası, 2 tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, 1 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti