Azərbaycan şahmatçıları mükafatlandırılıb

   Azərbaycan şahmatçıları mükafatlandırılıb
  30 Aprel 2024    Oxunub:1090
Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında keçirilən Avropa çempionatının bağlanış mərasimi olub.
Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, qitə birinciliyinin qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Qalib şahmatçının şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən iti zəka sahibləri təltif olunublar. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti