Ermənistan itkinlərlə bağlı məlumat vermir

   Ermənistan itkinlərlə bağlı məlumat vermir
  30 Aprel 2024    Oxunub:780
Ermənistan itkin düşmüş azərbaycanlıların məzar yerləri barədə məlumat verməkdən imtina edir.
AzVision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov deyib.

"Dəqiq məlumatlar Ermənistan tərəfindədir. Çünki onlar 30 il Azərbaycan ərazilərini işğalda saxlayıblar. Onlar nəyin harda olduğunu dəqiq bilirlər. Amma Ermənistan məlumatlar verməkdən imtina edir",-deyə o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti