Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib - FOTO/VİDEO

   Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib -    FOTO/VİDEO
  29 Aprel 2024    Oxunub:805
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbələrdə silsilə əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, tədbirlər zamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı mənzillərindən 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədilə əldə etdikləri müəyyənləşib.

Saxlanılan şəxslər narkotiklərin bir qismini "izi" itirmək məqsədilə qəbirstanlıqda məzar daşlarının yanında gizlətməkdən belə çəkinməyiblər.

Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


AzVision.az


Teqlər: cinayət   narkotika   DİN  





Xəbər lenti