Husilər Portuqaliyaya məxsus gəmini vurublar

Husilər Portuqaliyaya məxsus gəmini vurublar
  30 Aprel 2024    Oxunub:903
Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşması ölkənin 600 kilometr cənubunda, Ərəbistan dənizində Portuqaliya bayrağı ilə üzən "MSC Orion" adlı ticarət gəmisinə zərbə endiriblər.
AzVision.az xəbər verir ki, qruplaşma hücum faktını təsdiqləyib.

Beləliklə, husilər ilk dəfə ölkə sahildən uzaq məsafədə bir gəmini hədəfə aldıqlarını ilk dəfə açıqlayıblar.

Xatırladaq ki, ötən il noyabrından bəri İsralin Qəzza zolağında apardığı müharibəyə etiraz kimi bu ölkə ilə əlaqəli gəmiləri vuran husilər daha da böyük hücumlar həyata keçirəcəklərini, "hücum məsafə"sini Hind okeanınadək uzadacaqlarını bildiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yəmən   husilər   gəmi   hücum  





Xəbər lenti