Mehriban Əliyeva Avropa çempionatında qalib gəlmiş şahmatçımızı təbrik edib

Mehriban Əliyeva Avropa çempionatında qalib gəlmiş şahmatçımızı təbrik edib
  29 Aprel 2024    Oxunub:707
Birinci vitse-prezident Mehriban Əliyeva qadın şahmatçımız Ülviyyə Fətəliyevaya Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib gəlməsi münasibətilə təbrik ünvanlayıb.
AzVision.az xəbər verir ki, o bu barədə "Instagram" hesabında paylaşıb.

"Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana qələbələr yaraşır!", - Birinci vitse-prezident yazıb.

AzVision.az


Teqlər: Mehriban-Əliyeva   təbrik   şahmat   çempion  





Xəbər lenti