Hər il Qazaxıstandan qanunsuz olaraq 16 milyard dollar çıxarılır

Hər il Qazaxıstandan qanunsuz olaraq    16 milyard dollar    çıxarılır
  30 Aprel 2024    Oxunub:702
"Hər il Qazaxıstandan qanunsuz olaraq 16 milyard dollardan çox vəsait çıxarılır".
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin Maliyyə və Büdcə Komitəsinin rəhbəri Sultanbek Makejanov deyib.

Onun “Kapitalın qeyri-qanuni çıxarılmasının qarşısını almaq üçün valyuta tənzimlənməsinin həyata keçirilməsi” adlı dəyirmi masada açıqladığı statistika ölkədə gündəmə çevrilib.

Makejanovun sözlərinə görə, ölkəsi kapitalın qanunsuz çıxarılmasına görə 148 ölkə arasında 11-ci yerdədir.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti