Bakının bəzi yerlərində qaz olmayacaq

   Bakının bəzi yerlərində qaz olmayacaq
  27 Mart 2024    Oxunub:647
“Nardaran QPS kollektor” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” ortatəzyiqli qaz kəmərində aşkar olunmuş qeyri-qanuni qoşulmanın ləğv olunması məqsədilə 27.03.2024-cü il tarixində saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri görülən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti