Avtoxuliqanlıq edən sürücü saxlanılıb

Avtoxuliqanlıq edən sürücü saxlanılıb
  25 Aprel 2024    Oxunub:604
Paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
AzVision.az xəbər verir ki, araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü A.Cəfərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

AzVision.az


Teqlər: hadisə   yol-nəqliyyat   avtoxuliqan  





Xəbər lenti