Hyustondakı azərbaycanlıların nəzərinə!

   Hyustondakı azərbaycanlıların nəzərinə!
  04 May 2024    Oxunub:568
ABŞ-dakı səfirliyimiz Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, mayın 8-də səfirlik ABŞ-nin Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil edəcək: “Müraciət etmək üçün [email protected] ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”.

AzVision.az



Teqlər:





Xəbər lenti