Ağdam Cümə məscidində ilk azan oxunub - VİDEO

   Ağdam Cümə məscidində ilk azan oxunub -    VİDEO
  25 Aprel 2024    Oxunub:1088
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
AzVision.az bildirir ki, işğal dövründə vandalizmə məruz qalaraq yandırılmış Ağdam Cümə məscidində bu gün uzun illər sonra ilk dəfə azan oxunub.

Məlumat üçün bildirək ki, məscidin konservasiya və restavrasiya işləri ilkin memarlıq üslubuna uyğun şəkildə Heydər Əliyev Fondu tərəfindən "PAŞA Holdinq" şirkətinin dəstəyi ilə aparılıb və məscid tarixi görkəminə qaytarılıb.

AzVision.az


Teqlər: Ağdam   məscid   azan  





Xəbər lenti