MDB dövlətlərində gömrük xidmətləri üçün tranzit portalı yaradılacaq - FOTO

MDB dövlətlərində gömrük xidmətləri üçün tranzit portalı yaradılacaq -    FOTO
  26 Aprel 2024    Oxunub:1295
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri gömrük xidmətləri üçün tranzit portalının yaradılmasına dair protokolla bağlı müzakirə aparıblar.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata görə, bu barədə Özbəkistanın Daşkənd şəhərində MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 78-ci iclasında müzakirə aparılıb.

Məlumata görə, iclasda həmçinin MDB iştirakçı dövlətlərin ekspertiza və tədqiqat sahəsində əməkdaşlıq haqqında Saziş, malların tranzit daşınmasının sadələşdirilməsinə dair Anlaşma Memorandumu layihələri və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasda ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib.

Növbəti 79-cu iclasın 2024-cü ilin 2-ci yarısında Rusiyanın Vladivostok şəhərində keçirilməsi qərara alınıb.

AzVision.az


Teqlər: Dövlət-Gömrük-Komitəsi   MDB  





Xəbər lenti