Məhərrəmlik nə vaxt başlayacaq?

   Məhərrəmlik nə vaxt başlayacaq?
  06 May 2024    Oxunub:693
Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib. Bildirilib ki, bu il Məhərrəm ayı iyulun 7-nə təsadüf edəcək:

"Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra gələn Səfər ayı avqustun 6-dan başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti