“Saudi Aramco”nun birinci rübdə mənfəəti təxminən 15% azalıb

 “Saudi Aramco”nun birinci rübdə mənfəəti təxminən 15% azalıb
  07 May 2024    Oxunub:654
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun 2024-cü ilin yanvar-mart aylarında xalis mənfəəti 2023-cü ilin analoji dövrünün 31,878 milyard dolları ilə müqayisədə 14,5% azalaraq 27,2 milyard dollar təşkil edib.
Bu barədə şirkətin açıqlamasında bildirilib. Şirkətin sərbəst pul axını 26,3% azalaraq 22,76 milyard dollar təşkil edib və əsaslı xərcləri 28% artaraq 10,84 milyard dollara çatıb.

ARDNF-in "Şahdəniz"dən gəlirləri azalıb
“Saudi Aramco”nun birinci rüb üçün dividend ödənişləri 31,067 milyard dollar təşkil edəcək ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 62% çoxdur. Ümumilikdə şirkət 2024-cü ildə 124,3 milyard dollar məbləğində dividend ödəyə bilər.

Səudiyyə Ərəbistanı bir sıra OPEC+ ölkələri ilə razılaşmalar çərçivəsində könüllü olaraq 2023-cü ilin mayından 2024-cü ilin sonuna kimi neft hasilatını sutkada 500 min barel azaldır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti