Qəzzada bir gündə 50-dən çox adam öldü

   Qəzzada bir gündə 50-dən çox adam öldü
  27 Aprel 2024    Oxunub:514
İsrailin son 24 saat ərzində Qəzza zolağında yerləşən şəhər və qəsəbələrə hücumları nəticəsində azı 51 nəfər ölüb, daha 75 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən il oktyabrın 7-dən bəri İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 34 356 nəfərə çatıb, daha 77 368 nəfər yaralanıb.

Xatırladaq ki, dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzza zolağında hərbi əməliyyatlara qayıtdığını bəyan edib. Fələstin Administrasiyası İsrailin yeni təcavüzündə ABŞ-ı günahlandırıb.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti