Putin and içəndən sonra onlarla görüşdü - Video

   Putin and içəndən sonra onlarla görüşdü -  Video
  07 May 2024    Oxunub:728
Rusiya prezidenti Vladimir Putin andiçmə mərasimindən sonra Elmi-Tədqiqat Uşaq Cərrahiyyəsi İnstitutunun prezidenti Leonid Roşal və orta məktəb müəllimi Vera Qureviç ilə görüşüb
Roşal təngnəfəslik əlaməti olmadan Kremlin dəhlizləri və pilləkənləri ilə sürətlə addımlamasına işarə edərək dövlət başçısına əla fiziki formasının olduğunu deyib. O, həmçinin Putini vəzifəyə başlaması münasibətilə təbrik edib və ona kitabını hədiyyə edib.

Daha sonra Rusiya lideri məktəb müəllimi Vera Qureviçi qəbul edib. Putin onu qucaqlayıb və gül hədiyyə edib. Yaşlı qadın görüşdən təsirlənib və göz yaşlarını saxlaya bilməyib.

Qureviçin Putinin orta məktəbdə Putinin sinif rəhbəri olub. Rusiya prezidenti müəlliminin ona müsbət təsirini dəfələrlə qeyd edib və hələ də onunla ünsiyyətdə olduğunu bildirib.

Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti