Ekvadorda helikopter qəzası: 8 nəfər öldü

Ekvadorda helikopter qəzası:    8 nəfər öldü
  27 Aprel 2024    Oxunub:916
Ekvadorun Pastaza əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.
Bu barədə Ekvador Silahlı Qüvvələri X sosial şəbəkə hesabında məlumat yayıb. "Ekvador Ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir", - bəyanatda deyilir.

Qeyd olunub ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırdı.

AzVision.az -


Teqlər:





Xəbər lenti