İsrail XİN-in siyasi direktoru A.Aqarunovun məzarını ziyarət edib

İsrail XİN-in siyasi direktoru A.Aqarunovun məzarını ziyarət edib
  08 May 2024    Oxunub:693
İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabından bildirib.

"Azərbaycan azad və inkişaf edən yəhudi icmasının evidir. Bu gün Azərbaycanın Milli Qəhrəmanı, yerli yəhudi icmasının oğlu Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının azadlıq və bərabərliyini görmək ürəkaçandır", - diplomat vurğulayıb.

AzVision.az


Teqlər: Azərbaycan   İsrail  





Xəbər lenti