Azərbaycanda NFC ödənişlərinin payı 30 faizi ötüb

Azərbaycanda NFC ödənişlərinin payı 30 faizi ötüb
  26 Aprel 2024    Oxunub:678
Bu il “Mastercard” beynəlxalq kart təşkilatı bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həlli olan "Masterpass"ı Azərbaycanda iki böyük bankının mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır.
Bunu "Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib. "Azərbaycanda "Masterpass" inkişaf etdirilir. Ötən il bir böyük bankla əməkdaşlığa başlayaraq onun mobil tətbiqinə "Masterpass"ı daxil etdik. Bu il də iki böyük bankla bunu həyata keçirərək Azərbaycanda "Masterpass"ın əhatə dairəsini genişləndirəcəyik", - deyə o qeyd edib.

E.Zeynalov həmçinin Azərbaycanda NFC əməliyyatlarının da əhatə dairəsinin artırılacağını deyib: "Azərbaycan təmassız ödənişlər kontekstində regionda liderdir, Azərbaycanda NFC ödənişlərinin payı 30 faizi ötüb ki, bu da regionda lider statusunu təsdiqləyi".

"Mastercard"ın Biznesin inkişafı üzrə vitse-prezidenti Mehmet Gülez isə qeyd edib ki, Azərbaycan regionda "Mastercard" beynəlxalq ödəmə xidmətləri təşkilatından konsultasiya xidmətləri alan əsas ölkələrdəndir:

"Biz hazırda Azərbaycanda ilk 10 sırada olan 7-8 banka konsultasiya xidmətləri göstəririk və bu istiqamətdə də müraciətlərin sayı artır. Eyni zamanda Azərbaycan Mərkəzi Bankı ilə də əməkdaşlıq edirik və bu, davamlı olacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti