FHN daha bir nəfəri xilas etdi

FHN daha bir nəfəri xilas etdi
  03 İyul 2017    Oxunub:1148
Sumqayıtda dənizdə batan şəxs xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

“Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:55-də başa çatıb”, - deyə məlumatda qeyd olunur.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti