Qanunsuz balıq ovunun qarşısı alınıb

Qanunsuz balıq ovunun qarşısı alınıb
  03 May 2024    Oxunub:486
Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə “Təmiz hövzələr” aksiyası təşkil olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən AzVision.az -a verilən məlumata görə, aksiya çərçivəsində 2024-cü ilin aprel ayında Xəzər dənizindən, Kür və Araz çaylarından, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 21810 metr uzunluğunda 375 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri qrumun əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti