Milli Məclisdə AİPA-nın Baş katibi ilə görüş olub - FOTOLAR

Milli Məclisdə AİPA-nın Baş katibi ilə görüş olub -    FOTOLAR
  03 May 2024    Oxunub:703
Mayın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi AzVision.az verilən xəbərə görə, görüşdə ölkəmizin ev sahibliyi ilə keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında rolu, Milli Məclisin AİPA ilə əməkdaşlığı, Azərbaycanda qadın hüquqlarının tarixi, müasir Azərbaycanın inkişafında qadınların rolu, ölkəmizdə qadınların ölkə həyatının bütün sahələrində iştirakı, gender bərabərliyinə dair qəbul olunmuş qanunlar və qarşıda dayanan məsələlər barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da danışılıb, qonaqları maraqlandıran suallara cavab verilib.

Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova və digər rəsmi şəxslər iştirak ediblər.


AzVision.az


Teqlər: Milli-Məclis   AİPA   görüş  





Xəbər lenti