Gimnastlarımız Avropa Kubokunda finala yüksəliblər

Gimnastlarımız Avropa Kubokunda finala yüksəliblər
  03 May 2024    Oxunub:878
Azərbaycanın iki bədii gimnastı Bakıda keçirilən Avropa Kubokunda finala yüksəlib.
AzVision.az xəbər verir ki, fərdi proqramda mübarizə aparan Kamilla Seyidzadə çoxnövçülük üzrə yarışda növbəti mərhələyə vəsiqə qazanıb.

Digər gimnastımız Zöhrə Ağamirova isə lentlərlə hərəkətlərdə final mərhələsində iştirak hüququna yiyələnib. O daha əvvəl top və halqa ilə yarışlarda da adını finala yazdırıb.

K.Seyidzadə turnirin ilk günündə ümumilikdə 119 450 xal toplayaraq 14-cü, Z.Ağamirova isə 127 100 xalla 8-ci pillədə qərarlaşıblar.

Bədii gimnastika üzrə Avropa Kubokunun ilk gününə yekun vurulub.

Mayın 5-nə kimi davam edəcək turnirdə 37 ölkədən 160 gimnast iştirak edir.

AzVision.az


Teqlər: idman   gimnastika   Avropa-Kuboku  





Xəbər lenti