Xankəndidə bir həftədə tapılan silah-sursatın sayı açıqlanıb

Xankəndidə bir həftədə tapılan silah-sursatın sayı açıqlanıb
  04 May 2024    Oxunub:387
Xankəndidə müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.
AzVision.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 aprel-3 may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisində külli miqdarda silah aşkar edilib.

Belə ki, 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 ədəd müxtəlif çaplı patron, 1 qutu trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti