Türkiyə terrorla mübarizə strategiyasına yenidən baxıb

   Türkiyə terrorla mübarizə strategiyasına yenidən baxıb
  03 May 2024    Oxunub:370
“Türkiyə, əsasən PKK olmaqla, terrorla mübarizə strategiyasına yenidən baxıb. Terrorizmi kökündən məhv edir”.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “CNN” Türk telekanalına açıqlamasında bildirib. Nazir Türkiyənin Şimali İraqda PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlardan danışıb:

“Biz terrorla mübarizənin prinsiplərini dəyişmişik, terroru mənbəyində məhv etmək strategiyasını həyata keçiririk. Zaman-zaman həyata keçirdiyimiz əməliyyatlara son qoymuşuq və davamlı olaraq həyata keçirəcəyik”.

Y. Gülər PKK-nın qonşu ərazilərdə mövcudluğuna son qoymaq planlarını açıqlayıb və qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də qonşu ölkəyə səfəri zamanı terror qruplaşmasına birgə mübarizə məsələləri müzakirə olunub:

“Terror təşkilatı uzun illərdir olduğu əraziləri tərk etməlidir, Türkiyə ordusu terroru məhv etmək üçün lazımi tədbirləri görəcək”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti