Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar

      Kəlbəcərdə ağır qəza:    Hərbçilər xəsarət aldılar
  03 May 2024    Oxunub:812
Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti