Gecə klubunda atışma - 28 yaralı (Yenilənib)
Qeyd edək ki, hadisə iyulun 1-ə keçən gecə konsertin qonaqları arasında münaqişə zamanı baş verib.
***
ABŞ-ın Arkanzas ştatında atışma baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə klubunda baş verən atışma zamanı 17 nəfər yaralanıb. İnsident zamanı ölən olmayıb.
Litl Rok şəhərində insanlara atəş açan şəxsin kimliyi hələlik müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: ABŞ Gecə-klubu atışma