"Problemin həllinə ikili standartlarla yanaşılır" - Artur Rasi-zadə
Müstəqillik illərində respublikamızın əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi, mədəni uğurlar barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə ölkəmizin qarşısında duran ən ağrılı problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Bu barədə qonaqlara ətraflı məlumat verən Artur Rasi-zadə bəzi beynəlxalq qurumlarda problemin həllinə ikili standartlarla yanaşıldığını da təəssüflə vurğulayıb. Baş nazir problemin yalnız hüquqi normalar çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri əsasında həllinə dair Azərbaycan hökumətinin prinsipial mövqeyini qonaqların nəzərinə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Baş-nazir Artur-Rasizadə