Gömrükdə növbəti telefon əməliyyatı

Gömrükdə növbəti telefon əməliyyatı
  30 İyun 2017    Oxunub:1103
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21043 " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa tavan hissəsindən, günlüyündən və salonundakı geyim əşyalarının arasından gömrük nəzarətindən gizlədilən 4 ədəd "Samsung" markasına aid SM-A320F/DS model, 29 ədəd "BQ" markasına aid STEP model mobil telefonlar, yük yerindən isə 36 ədəd üzərində "BQ", 6 ədəd üzərində "Samsung Galaxy A3 2017" və 1 ədəd üzərində "Samsung Galaxy Grand Prime" yazıları olan boş mobil telefon qutuları, 7 ədəd "Samsung" markalı adapter başlığı, 7 ədəd "Samsung" markalı USB kabel, 7 ədəd "Samsung" markalı qulaqcıqlar aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.

AzVision.az




Teqlər: Gömrük   telefon  





Xəbər lenti