Qeyd olunmayan Sevgililər Günü - FOTOLAR

Qeyd olunmayan Sevgililər Günü - FOTOLAR
  30 İyun 2017    Oxunub:8952
Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür.
Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

Təəssüf ki, ölkəmizdə gənclərin əksəriyyəti Sevgililər Gününü 30 iyun tarixində deyil, 14 fevralda (“Valentin Günü”) qeyd edirlər.

Şəhərdə apardığımız müşahidələr göstərir ki, gənclərin çoxu bu günün tarixindən xəbərsizdir.

"Biz Sevgililər Gününü 14 fevralda qeyd edirik. Həmin gün şəhərdə bayram olur. Bu gündən xəbərimiz yox idi. İndi bildik ki, Milli Sevgililər Günü 30 iyunda qeyd olunmalıdır"- paytaxt sakini əməkdaşımızla söhbətində deyib.

Təqdim etdiyimiz fotolardan da göründüyü kimi, şəhərdə bayram əhval-ruhiyyəsi hiss olunmur:























Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: 30-iyun   Sevgililər-günü  





Xəbər lenti