ABŞ-ın Kiyevə vermək istədiyi silahlar Almaniya və Polşadadır

ABŞ-ın Kiyevə vermək istədiyi silahlar Almaniya və Polşadadır
  24 Aprel 2024    Oxunub:449
ABŞ-ın Ukraynaya yeni yardım paketindəki silahların əksəriyyəti Almaniya və Polşadadır.
Bu barədə CNN mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu, qısa müddətdə Ukraynaya silah göndərməyə imkan verəcək. Kanal qeyd edir ki, Kiyev silahları mümkün qədər tez lazım olan yerə çatdırmağa çalışsa da, Ukrayna ciddi logistik problemlərlə üzləşəcək.

Beləliklə, Rusiya döyüş meydanında üstünlüyünü qoruyub saxlayacaq. Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya əlavə yardımın ayrılması haqqında qanun layihəsini qəbul edib ki, bu da Kiyevə təxminən 61 milyard dollar məbləğində dəstəyin, o cümlədən Ukrayna ordusuna ATACMS taktiki raketlərinin verilməsini nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti