Peskov təsdiqlədi: Bəli, sülhməramlılar Qarabağdan çıxırlar

   Peskov təsdiqlədi:    Bəli, sülhməramlılar Qarabağdan çıxırlar
  17 Aprel 2024    Oxunub:541
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması prosesinə başlanılması barədə yayılan xəbərlərin doğruluğunu təsdiqləyib.
AzVision.az xəbər verir ki, o, jurnalistin yayılan xəbərlərin real olub-olmaması ilə bağlı sualına "Bəli, bu doğrudur" deməklə cavab verib.

Xatırladaq ki, dünəndən başlayaraq mediada Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesinin başlaması barədə yazılar dərc olunur.

Qeyd edilir ki, kontingentə məxsus ilk heyət və hərbi texnika artıq Qarabağ ərazisini tərk edib. Hərbi texnikaların Tərtərdə hərəkətini əks etdirən görüntülər də yayılıb. Lakin onların hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat verilməyib.

Rus hərbçilər 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
AzVision.az



Teqlər:





Xəbər lenti