Zaqatalada çayxana sahibi bıçaqlandı

   Zaqatalada çayxana sahibi bıçaqlandı
  28 Aprel 2024    Oxunub:477
Zaqatalada çayxana sahibi bıçaqlanıb.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qandax kəndində baş verib.

Belə ki, kənddə çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural ona bıçaqla bədəninin müxtəlif yerlərindən xəsarət yetirib.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N. Muradovun bədənində 10 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkar edilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti