Havanın dəyişkən keçməsinin səbəbi nədir ?

   Havanın dəyişkən keçməsinin  səbəbi nədir ?
  10 May 2024    Oxunub:1013
Bir neçə gündür ölkə ərazisində hava şəraiti dəyişkən keçir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda qar yağıb. Havanın bu cür davam etməsi bitkilərə, insanlara da təsirsiz ötüşmür.

Bununla belə, yazda qar yağmasının bir neçə səbəbi ola bilər: atmosferin istiliyi və rütubəti kimi hava şəraiti, soyuq hava kütləsinin bölgəyə gözlənilməz gəlməsi və ya yüksək dağlıq bölgələrdə qarın daha çox yağması faktı təsir göstərə bilər.
Ekoloq Qorxmaz İbrahimli AzVision.az -a bildirib ki, bahar fəslinə uyğun olmayan bəzi təbiət hadisələrinə də şahidlik edirik:

“Bu, milyon illərdir davam edir. Sadəcə Qlobal İqlim dəyişikliklərinin təsiri altında bəzən açıq nəzərə çarpan hallar olur. Daha doğrusu, iqlim dəyişikliyi piarı insanları narahat edir. Bahar aylarında hava soyuqdan istiyə doğru getdiyindən ilk ay və ya həftə olduqca isti keçir. Ardından daxil olan mülayim, soyuq hava kütlələri belə anomaliyaya səbəb olur.

Külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Aprel ayı bu il ölkəmizdə çox isti və quraq keçdi. May ayı isə Qərbdən daxil olan soyuq hava kütlələrinin təsiri altında yağmurlu oldu. Qəfildən mülayim və yağıntılı hava kütlələrinin daxil olması ilə isti aran rayonlarda kontrast nəticəsində dolu, yüksək dağlarda qar, dağətəyi ərazilərdə isə sellə müşayiət olunan yağıntılar oldu. Əgər biz insanlar verilən hava proqnozlarına uysaq, dərə ağızlarında və digər uyğun olmayan yerlərdə tikinti tikməsək, heç bir fəlakət olmaz.



Bizim yerləşdiyimiz Mülayim Subtropik qurşaq artıq yaz fəslindədir. Hazırda fəslə uyğun hava şəraiti seyr etməkdədir. Yəni qış fəsli mart ayında bitdiyindən havalar isinir, torpaq və bitkilər canlanmağa başlayıb. Artıq meyvə ağacları bar verir”.

Ekoloqun sözlərinə görə, may ayında qar yağması normaldır:

“Qar damlaları yuxarıda daha soyuq şəraitdə yaranır. Yerin səthində qismən isti olması o demək deyil ki, yüksək stratosferdə temperatur eyni dərəcədədir. Qısa müddətdə görülən qar yağışı meyvə və təsərrüfata ciddi bir ziyan vurmur (təkcə dolu istisnadır). Torpaq səthində davamlı hərarət 0 dərəcə və altında olarsa, floraya zərər dəyə bilər. Hazırkı sərin havalar bir neçə günə isinəcək və bizi qarşıda isti günlər ilə yay fəsli gözləyir”.

Həmidə İbrahimova

AzVision.az





Teqlər:  





Xəbər lenti