Gürcü deputatlar arasında əlbəyaxa dava - VİDEO

 Gürcü deputatlar arasında əlbəyaxa dava    - VİDEO
  15 Aprel 2024    Oxunub:645
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilərkən dava düşüb.
Gürcüstanın Birinci Kanalının yaydığı məlumata görə, hadisə parlamentin Hüquq məsələləri komitəsinin iclasında baş verib.

Parlament çoxluğunun lideri, deputat Mamuka Mdinaradze söz alaraq tribunaya çıxıb. O, danışan zaman müxalif Vətəndaşlar Partiyasının lideri, deputat Aleko Elisaşvili qəfildən tribunaya doğru gedib və M.Mdinaradzeyə yumruqla zərbə endirib.

Bundan sonra zalda kütləvi dava başlayıb.

AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti