Antalyada kanat kabinəsi aşıb: Ölənlər və yaralananlar var -Video

   Antalyada kanat kabinəsi aşıb:    Ölənlər və yaralananlar var -Video
  13 Aprel 2024    Oxunub:980
Türkiyənin Antalya şəhərindəkanat xəttində qəza baş verib. Kanat kabinələrindən biri qayaların üzərinə aşıb.
AzVision.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Konyaaltı ərazisində yerləşən 605 metr uzunluğunda funikulyorun hərəkətinin dayandırıldığı qeyd edilir.

Məlumata görə, 184 nəfər kabinələrdə sıxışıb qalıb. Xilasetmə əməliyyatı bütün gecə davam edib.

Əməliyyatda 543 nəfər iştirak edib, 7 helikopter və 1 hərbi nəqliyyat təyyarəsi cəlb olunub. Hadisənin səbəbləri hazırda məlum deyil. Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti